Duration 1:31

Ermenilerin artilleriya ateshi neticesinde mulki shexs helak oldu

8 557 watched
0
105
Published 14 Jul 2020

Abone OL: https://goo.gl/W99fFm Copyright © ARB Şəki Sayt: https://goo.gl/NfKDu5 Facebook: https://goo.gl/XVhVzG Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxs həlak olub. Mülki şəxs Tovuz rayonunun Ağdam kəndinin sakini, 76 yaşlı Əzizov Əziz İzzət oğludur. Məsələ ilə bağlı açıqlama yayan Beynəlxalq Qızıl Xaç Komitəsi hərbi fəaliyyətlərin humanitar fəsadlarına görə narahatlığını dilə gətirib. Qeyd olunub ki, hərbi fəaliyyət həmin ərazilərdə yaşayan mülki əhali üçün əlavə risklər yaradır və onların dolanışıq vasitələrinə çıxış imkanına təsir göstərir. Komitə rəsmisi Martin Syup tərəfləri beynəlxalq humanitar hüququn əsas qaydalarına hörmət etməyə və hərbi əməliyyatların aparılması zamanı mülki şəxslərin həyatı və evlərini, mülki infrastrukturu qorumaq və onlara hörmətlə yanaşmaq üçün bütün zəruri ehtiyat tədbirlərini görməyə çağırıb. Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı cinayət işi də başlanıb. Baş Prokurorluğun məlumatına görə, Ermənistan özünün təcəvüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutub, nəticədə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olub, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb, o cümlədən cəbhə bölgəsindəki Tovuz rayonu Ağdam kənd sakini həlak olmaqla ümumilikdə mülki əhaliyə mühum ziyan dəyib. Hərbi cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunaraq cəzalandırılmalarını təmin etmək üçün müvafiq tədbirlər görüləcək.

Category

Show more

Comments - 16