Duration 16:29

Qəbizlikdən xilas olmaq üçün 5 qızıl məsləhət - MÜTLƏQ BAXIN

94 206 watched
0
2.2 K
Published 21 Dec 2021

Qəbizlik nədir? Həftədə üç dəfədən az olaraq, böyük bayıra çıxmaq və ya çətin böyük bayıra çıxmaq qəbizlik kimi başa düşülür. Xroniki qəbizlik üçün Roma 3 kriteriyası Həftədə 3 dəfədən az defekasiyanın olması; Böyük bayıra çıxmaların ən azı 25%-də qatı və həcmli nəcisin olması; Böyük bayıra çıxmaların ən azı 25%-də nəcisin tam boşalmama hissi; Böyük bayıra çıxmaların ən azı 25%-də nəcisin anal çıxacaqda ləngiməsi; Böyük bayıra çıxmaların ən azı 25%-də əllə kömək edərək defekasiya; Defekasiya zamanı nəcis yumşaldıcı dərmanlardan istifadə etmədən yumşaq nəcisin olmaması; Böyük bayıra çıxmaların ən azı 25%-də daha çox gücənmədən istifadə etmək; Qıcıqlanmış bağırsaq sindromunun şikayətlərinin olmaması. Qəbizliyin səbəbləri, onu yaradan amillər Anadangəlmə (Hirşprung xəstəliyi) Qazanılmış Funksional: Qusma və ishal sonrası çoxlu miqdarda mayenin itməsi, tətildə olan zaman, böyük bayıra getmək istəyən zaman özünü saxlamaq, az hərəkətdə olmaq, meyvə tərəvəzdən az istifadə etmək. Bunların hər biri sonda funksional qəbizliyin əmələ gəlməsi ilə nəticələnə bilər. Metabolik: Qalxanabənzər vəzin funksiyasının azalması, qalxanabənzərətraf vəzinin funksiyasının çoxalması, hamiləlik, şəkər xəstəliyi, qanda kalsiumun miqdarının artması, qanda kaliumun miqdarının azalması, böyrəküstü vəzin törəməsində və s. Sinir sisteminə bağlı: İflic, onurğa beyin yaralanmaları, multipl skleroz və s. Dərmanlara bağlı: Ağrı kəsicilər, antispazmalitiklər, dəmir, antidepresantlar, diuretiklər, ürək və təzyiq dərmanları və s. Mexaniki maneçiliyə bağlı: Bitişmə xəstəliyi, törəmələr, anal darlıq, işemik kolit, yırtıqlar, yoğun bağırsağın yalançı keçməməzliyi və s. Qəbizlik zamanı istifadə olunan dərmanları aşağıdakı kimi qruplaşdırmaq olar. Probiotiklər Prebiotiklər Osmotik laksativlər Lif tərkibli Maqnezium tərkibli Nəcis yumşaldıcılar Polietilen glikol və s. Qəbizlik probleminin səbəblərini araşdırmaq üçün hası müayinə metodlarından istifadə olunur? Qarın boşluğunun ümumi müayinəsi Anal nahiyyənin müayinəsi Qan analizləri Rektoskopla və kolonoskopla müayinə Yoğun bağırsağın hərəkət zamanının təyin olunması Defekoqrafiya Anorektal elektromioqrafiya Anorektal manometiriya Yoğun bağırsaqdan biopsiyanın alınması. Biopsiyanin alınması Hirşprung xəstəliyinin diaqnozunun qoyulmasında əsas müayinə üsuludur. Qəbizliyin müalicəsində dərman preparatları fayda vermədikdə aşagidakılardan istifadə olunur. Biofeedback Anal stimuliyasiya Subtotal kolektomiya Proktokolektomiya və.s Qəbizlik problemini aradan göturmək üçün aşağıdakı məsləhətlərə əməl etmək lazımdır. Bol maye qəbul etmək 2 -2.5 l bədən çəkisindən asılı olaraq arta da bilər. Meyvə tərəvəzdən bol istifadə etmək İdmanla məşğul olmaq.

Category

Show more

Comments - 101